Bayli Logistics Solutions MMC
Xidmətlərimiz

Hava yükdaşımaları və çarter xidmətləri
Təcili və vaxt baxımından həssas yüklər üçün etibarlı hava daşımaları və xüsusi çarter həlləri təqdim edirik. Yükünüz dünyanın istənilən nöqtəsindən sürətli və təhlükəsiz şəkildə çatdırılır.

Su yolu ilə yükdaşımalar
Tam konteyner (FCL) və qrupaj konteyner (LCL) daşımaları ilə sərfəli və çevik su nəqliyyatı həlləri təqdim edirik. Qlobal daşıyıcı şəbəkəmizlə yükləriniz etibarlı əllərdədir.

Yol nəqliyyatı
Regional və beynəlxalq istiqamətlər üzrə sürətli və çevik yol daşımaları həyata keçiririk. Tam və qrupaj yüklər üçün optimal marşrutlar təmin edirik.

Dəmir yolu daşımaları
Uzun məsafələr üçün sabit və iqtisadi dəmir yolu nəqliyyatı həlləri təklif edirik. Xüsusilə Avropa–Asiya marşrutlarında etibarlı alternativdir

Gömrük xidmətləri və gömrük anbarı
Yüklərinizin gömrük rəsmiləşdirilməsini qanunvericiliyə tam uyğun və operativ şəkildə həyata keçiririk. Gömrük anbarı xidmətimiz sayəsində yükləriniz təhlükəsiz şəkildə saxlanılır və idxal-ixrac və ya tranzit yüklərinizi daha səmərəli idarə edirsiz.

Layihə və xüsusi yüklər
Ağır, ölçüdənkənar və kompleks yüklər üçün fərdi logistika həlləri hazırlayırıq. Hər mərhələdə peşəkar planlama və nəzarət təmin olunur.
